Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov bundan sonra "Şəfa" klubunun uğurları üçün çalışacaq.

Offsideplus.az xəbər verir ki, o, klubun vitse-prezidenti vəzifəsinə təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ə. Ismayılov karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamış və son olaraq "Araz-Naxçıvan" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərmişdi.

Qeyd edək ki, "Şəfa" növbəti mövsümdən etibarən Misli Premyer Liqasında mübarizə aparacaq.