Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşıdakı iki matç üçün heyəti müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma hazırlıq prosesini iki mərhələdə keçəcək. Komandamız mayın 30-dan iyunun 5-nə kimi Bakıda məşq etdikdən sonra toplanışın növbəti mərhələsi üçün Şimali Makedoniyaya yollanacaq.
Millinin xaricdəki hazırlıq prosesi iyunun 6-dan 10-na qədər davam edəcək.
Toplanışda iştirak edəcək yığmamızın heyəti belədir:
| N | AD/SOYAD | KLUB |
| 1 | Aytac Şərifova | Yüksekovaspor (Türkiyə) |
| 2 | Nərgiz Əliyeva | Giresun Sanayispor (Türkiyə) |
| 3 | Günay İsmayılova | Neftçi |
| 4 | Mehriban Şahməmmədova | Klubsuz |
| 5 | Nigar Mirzəliyeva | Hamburq (Almaniya) |
| 6 | Vüsalə Seyfəddinova | Neftçi |
| 7 | Jalə Məhsimova | Yüksekova (Türkiyə) |
| 8 | Milana Rəhimova | Lyuboten (Şimali Makedoniya) |
| 9 | Yeliz Açar | Beşiktaş (Türkiyə) |
| 10 | Alina Nəhmədova | Partizan (Serbiya) |
| 11 | Aysun Muradova | Haymana (Türkiyə) |
| 12 | Kamilla Məmmədova | Dirçəliş |
| 13 | Nərgiz Hacıyeva | Turan (Qazaxıstan) |
| 14 | Aydan Həsənova | Neftçi |
| 15 | Diana Məmmədova | Rubin (Kazan, Rusiya) |
| 16 | Alina Dorofeyeva | Rubin (Kazan, Rusiya) |
| 17 | Manə Mollayeva | Neftçi |
| 18 | Coşqunə Əliyeva | Qaziantep Safir (Türkiyə) |
| 19 | Esra Manya | Beşiktaş (Türkiyə) |
| 20 | Peritan Bozdağ | Fənərbağça (Türkiyə) |
| 21 | Ayşən Salamzadə | Neftçi |
| 22 | Sevinc Cəfərzadə | Yüksekova (Türkiyə) |
| 23 | Kristina Bakarandze | Nike Lusso (Gürcüstan) |
| 24 | Xanım Əsədova | Neftçi |


