Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünün pley-off mərhələsində gərginlik zirvəyə çatıb.
Offsideplus.az xəbər verir ki, dünən keçirilən 1/4 final oyunu zamanı “Abşeron” komandası “Naxçıvan” üzərində qələbə qazanaraq seriyada hesabı 1:1-ə gətirib. Beləliklə, hər şey sabah – 24 aprel tarixində baş tutacaq 3-cü oyunda həll olunacaq.
Pley-off mərhələsinin təqvimi:
1/4 final
24 aprel (cümə axşamı)
19:00 “Naxçıvan” – “Abşeron”
Bakı İdman Sarayı
1/2 final
26 aprel (şənbə)
14:00 “Sabah” – “Şəki”
Bakı İdman Sarayı
27 aprel (bazar)
14:00 “Neftçi” - “Naxçıvan” / “Abşeron”
Bakı İdman Sarayı
1/2 final, cavab oyunları
29 aprel (çərşənbə axşamı)
14:00 “Şəki” – “Sabah”
Şəki Olimpiya İdman Kompleksi
19:00 “Naxçıvan” / “Abşeron” - “Neftçi”