Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsi bu gün başlayıb.

Offsideplus.az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.

Əvvəlcə "Neftçi" NTD ilə qarşılaşıb. Bu görüşdə NTD "ağ-qaralar"ı 97:94 hesabı ilə məğlub edib.

Ardından isə "Ordu" "Gəncə"ni qonaq edib.

Görüşün qalibi əlavə oynanılan 5 dəqiqədə məlum olub.

"Ordu" seriyada önə keçib - 108:106.

ABL, pley-off ilk oyunlar

17:00 "Neftçi" – NTD 94:97 (22:22, 30:25, 28:26, 14:24) (seriyada hesab - 0-1)

Bakı İdman Sarayı.

20:00 "Ordu" – "Gəncə" 108:106 (17:20, 21:20, 25:22, 21:22, 24:22) (seriyada hesab - 1:0)

Bakı İdman Sarayı.