Markus Reşfordla maraqlanan klublar sırasına "Kristal Pelas" da qoşulub.

Offsideplus.az xəbər verir ki, hazırda icarə əsasında "Aston Villa"da çıxış edən futbolçu cari mövsümün sonunda "Mançester Yunayted"ə qayıdacaq.

Bu barədə "The Sun Football" məlumat yayıb.

Reşfordun "Aston Villa"da göstərdiyi performans "Kristal Pelas"ın diqqətindən yayınmayıb.

Onun yayda "Mançester Yunayted"dən birdəfəlik ayrılacağı gözlənilir.