"Real Madrid" sabah Bakı vaxtı ilə saat 23:00-da "Arsenal"la cavab oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu" Çempionlar Liqasının 1/4 finalı üzrə ilk oyunda rəqibinə 0:3 hesabı ilə məğlub olub. "Əflatun bəyazlar"ın baş məşqçisi Karlo Ançelotti sabahkı oyunda geridönüşə inanır: 

"Bernabeu"da möcüzə baş verir. Sabah həmin möcüzə və birliyə ehtiyacımız var. Səhv etmək şansımız yoxdur, mükəmməl olmalıyıq. Qorxmuram. İlk dəqiqələrdə qol vurmaq vacibdir, lakin ən əsası oyunu idarə etmək və əlimizdən gələnin ən yaxşısını etməkdir. Oyuna nəzarət səndədirsə, hər dəqiqə qol vuracaqsan".