Azərbaycanlı pilot Davin Cəfərov Formula 1-də gələcəyin parlaq ulduzu ola bilər.
Offsideplus.az xəbər verir ki, 2009-cu ildə İtaliyanın Milan şəhərində doğulan həmvətənimiz uşaq yaşlarından kartinq yarışlarına həvəs göstərib.
Hazırda o, beynəlxalq dərəcəli peşəkar kartinq pilotudur, Portuqaliyada Birel Art komandasının şərəfini qoruyur.
Davin karyerasına Easy Kart kateqoriyasında 14 yaşında başlayıb. Yaşının az olmasina baxmayaraq, cəmi 2 yarışdan sonra onu daha üst pilləyə - senior kateqoriyasına keçiriblər. X30 və ROTAX kateqoriyalı maşınlarda yarışan Cəfərov rəqibləri arasında ən cavan pilotdur.
Həmvətənimiz 2024-cü ildə 2 dünya çempionatına qatılıb. O, X30-da yeganə pilot kimi lisenziya qazanb. Ötən ilin sentyabrında İtaliyada beynəlxlq Franciacorta trakında 5-ci yer, bir ay sonra isə İspaniyanın Valensiya şəhərindı Lucas Geurrero trakkında 16-cı sıranı tutub.
Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliyada fəxri kürsünün ən yüksək pilləsinə qalxan Davinin hədəfi gələcəkdə Formula 1-də böyük uğurlar qazanmaqdır.
Qeyd edək ki, "Birel" uzun və zəngin tarixə malikdir. 1958-ci ildən fəaliyyət göstərən adıçəkilə brend dünya çempionatlarında, Avropa seriyalarında və bir çox milli yarışlarda çempion olmuş kartlar istehsal edir. "Birel" 2014-cü ildə ART Grand Prix ilə birləşdikdən sonra markanın statusu daha da yüksəlib. Bu brend Lyuis Hamilton, Niko Rosberq, Niko Hülkenberq kimi Formula 1 ulduzlarını kəşf edib.