Bu gün futbol üzrə II Liqada XXI tura start verilib.
Offsideplus.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Şəfa" ardıcıl 9-cu qələbəsini qazanıb. Paytaxt klubu bu gün Qubada "Hypers Guba"nı 5:1 hesabı ilə məğlub edib.
"Şəfa"nın 9 oyunluq seriyasının 7-si böyükhesablı qalibiyyətlə yadda qalıb. Bakılılar "Hypers Guba"dan öncə "Dinamo"nu (3:0), "Kür-Araz"ı (4:0), "Şimal"ı (3:0), "Araz Saatlı"nı (10:0), "Lerik"i (5:0) və "Sheki City"ni (6:0) darmadağın edib.
Bu gün "Şahdağ Qusar" da qələbə qazanaraq 61 xalla liderliyini qoruyur. "Şəfa" 58 xalla 2-ci pillədə qərarlaşır.
II Liqa, XXI tur
"Hypers Guba" - "Şəfa" 1:5
"Göygöl" - "Şahdağ Qusar" 0:2
"Sheki City" - "Qusar" 0:1
"Lerik" - "Dinamo" 1:2