AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov səfərə yollanıblar. 

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu iki şəxs UEFA-nın keçiridiyi Fitness kurslarının təşkilinə dair seminara qatılıblar.

Portuqaliyanın paytaxtı Lissabonun ev sahibliyi etdiyi tədbir aprelin 17-dək davam edəcək.

Qeyd edək ki, Aslan Kərimov Azərbaycan milli komandasının və "Qarabağ" klubunun veteran futbolçusudur. Osman Rəhimov isə vaxtilə U-19 və U-21 yığmamızın sabq baş məşqçisi, AFFA-nın keçmiş texniki direktoru Bernard Lippertin tərcüməçisi olub.