"İnter" klubu "Beşiktaş"ın futbolçusu Rafa Silva ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "neradzuri" İstanbul təmsilçisinin rəftarına və istədiyi məbləğə görə yekun qərarını verəcək.

Bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.

R. Silva ötən ilin yayında azad agent kimi "Beşiktaş"a qoşulub. O, cari mövsümdə 42 oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.