Futbol üzrə II Liqada mart ayı üçün "Ayın qolu" layihəsinin qalibi müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, ötən ayın ən yaxşı qolunu "Lerik" klubunun üzvü Rəvan Quluzadə vurub.

21 yaşlı yarımmüdafiəçi bu gün mükafatına qovuşub.

Futbolçuya mükafatı II Liqanın XXI turunun "Lerik" - "Dinamo" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.