"Barselona" bu yay keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edə bilər.

Offsideplus.az xəbər verir ki, FIFA Meksikanın "Leon" klubunu turnirdən uzaqlaşdırdıqdan sonra onların yerinə "blauqrana"nı turnirə dəvət etməyi nəzərdən keçirir.

"Leon" bu turnirdə "Flamenqo" (Braziliya), "Çelsi" (İngiltərə) və "Esperans" (Tunis) ilə D qrupunda mübarizə aparmalı idi.

Əlavə edək ki, Klublararası Dünya Çempionatı bu il ilk dəfə keçirələcək. Çempionat 14 iyun - 13 iyul tarixlərində baş tutacaq.