Uruqvaylı futbolçu Lukas Torreyra "Qalatasaray"la müqavilə uzadıb.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" 28 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2028-ci ilinə qədər artırıb.

Torreyra 2022-ci ildən "Qalatasaray"da çıxış edir. O, cari mövsümdə 42 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.