Azərbaycan Basketbol Liqasının növbəti turunda “Sabah” səfərdə “Sərhədçi” üzərində inamlı qələbə qazanıb – 104:77.

Offsideplus.az xəbər verir ki, oyundan sonra “Sabah” klubunun baş məşqçisi Rimas Kurtinaytis qarşılaşma ilə bağlı fikirlərini bildirib. Litvalı mütəxəssis nəticədən razı qalsa da, komandasının ikinci hissədəki çıxışını bəyənmədiyini qeyd edib:

“Qələbə qazandığımıza görə şadam. İlk 2 periodda 30 xallıq fərq yaratsaq da, növbəti 2 periodda komandanın sərgilədiyi oyundan razı qalmadım".

Kurtinaytis peşəkar yanaşmanın vacibliyini vurğulayıb:

“Bu bizim işimizdir. Hesabdan asılı olmayaraq bunu yüksək səviyyədə görməliyik".

O, xüsusilə müdafiədə yol verilən səhvlərə diqqət çəkib və komandasının hər qarşılaşmadan dərs çıxarmalı olduğunu deyib:

“Müdafiədə səhvlərimiz oldu. Hər oyundan nəsə öyrənməliyik. Nəticə çıxarmalıyıq".

Qeyd edək ki, bu nəticə ilə “Sabah”ı yarımfinala çıxarıb.