"Əl-Nəsr" bu yay 3 transfer üçün 400 milyon avro xərcləməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubu Vinisius Junior, Moyzes Kaysedo və Qabriel üçlüyü üçün ümumilikdə bu məbləği ödəməyi düşünür.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

"Əl-Nəsr" Kriştianu Ronaldunun ətrafını gücləndirmək üçün bu transferləri etməyi planlaşdırır.

Onlar hazırda Səudiyyə Ərəbistan çempionatında 57 xalla 3-cü yerdədir və çempionluq şansları xeyli azalıb.