Jorje Jezus Portuqaliya millisinin baş məşqçisi olmağa namizədlərdən biridir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2026-cı il dünya çempionatından sonra Portuqaliya millisinin baş məşqçisi postunu tutmaq niyyətindədir.
Bildirilir ki, bu vəzifə üçün əsas namizədlər arasında Jorje Jezusla yanaşı Joze Mourinyo da yer alır.
Portuqaliya Futbol Federasiyasının gələcəkdə milli komandanın baş məşqçi postu üçün hər iki mütəxəssisin namizədliyini nəzərdən keçirə biləcəyi qeyd olunur.


