AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXIII turunda və Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmalarında yaranan mübahisəli epizodlara aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, komitə sədri qurumun mətbuat xidməti vasitəsilə 5 fərqli epizodu təhlil edib.
R. Həsənov müzakirələrə səbəb olan həmin vəziyyətlərdə hakimlərin qərarının düzgün olduğunu vurğulayıb və onların idarəçiliyini müsbət qiymətləndirib.


