Neymar yenidən media ilə qalmaqal yaşayıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçunun “Santos”un “Mirassol”a qarşı oyununda heyətdə yer almaması mətbuatda geniş müzakirələrə səbəb olub. Braziliya və beynəlxalq media onun zədə səbəbindən oynaya bilmədiyini yazıb.
Bundan sonra Neymar sosial şəbəkə hesabında mediaya cavab verərək həmin oyunu zədə səbəbindən deyil, istirahət məqsədilə buraxdığını bildirib. O, nə edirsə etsin daim günahkar kimi göstərildiyini qeyd edib.
“Santos”un baş məşqçisi Qustavo Voyvoda da məsələ ilə bağlı açıqlama verərək futbolçunun oyunu buraxmasının məşqçilər heyətinin yükün idarə olunması ilə bağlı qərarı olduğunu deyib və Neymarın sözlərini təsdiqləyib.
Qeyd edək ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti də Neymarı şəxsən izləmək üçün “Santos” – “Mirassol” matçını stadiondan izləyib.


