“Barselona” “UEFA Çempionlar Liqası” oyun tarixinin dəyişdirilməsi üçün “UEFA” ilə danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, bunu klubun prezidenti Xuan Laporta açıqlayıb. O bildirib ki, kataloniyalılar Çempionlar Liqası matçının ayın 18-nə təyin olunmasını istəyirlər.
Laportanın sözlərinə görə, məqsəd seçki günü “Sevilya” ilə qarşılaşmanı “Kamp Nou” stadionunda keçirməkdir.


