UEFA Çempionlar Liqasında 1/8 finalın növbəti oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, mərhələnin ilk oyunları başa çatıb. Gecənin oyunlarında isə bu nəticələr qeydə alınıb:
- Almaniyada baş tutan qarşılaşmada "Bayer Leverkuzen" ilə "Arsenal" arasında oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
- Norveçdə keçirilən matçda "Bodo Qlimt" Portuqaliyanın "Sportinq" klubunu 3:0 hesabı ilə məğlub edib.
- Fransada PSJ İngiltərənin "Çelsi" klubuna 5:2 hesabı ilə qalib gəlib.
- Günün digər oyununda isə "Real Madrid" doğma meydanda "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edib.


