Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasını qazanmaq bütün komandaların arzusudur. Lakin bu möhtəşəm uğura nail olmaq heç də hamıya qismət olmayıb.

1955-ci ildən keçirilən Çempionlar Liqasını (əvvəlki adı Avropa Kuboku) cəmi 23 klub qazanıb. Madrid "Real"ı rekord sayda - 15 dəfə yarışın qalibi olub. Qitənin adlı-sanlı klubları ilə yanaşı, müxtəlif illərdə "Aston Villa", "Hamburq", "Styaua Buxarest", "Srvena Zvezda" kimi kollektivlər də baş mükafata sahib çıxıblar.

Amma Avropanın elə nəhəng klubları var ki, Çempionlar Lqasının kubokunu muzeylərinə aparmağı heç zaman bacarmayıblar.

Offsideplus.az həmin bəxtsiz klublardan ibarət "10-luğ"u təqdim edir.

Siyahı tərtib olunarkən 3 amilə diqqət verilib: 1) azarkeş sayı, 2) maliyyə gücü; 3) uğura nə qədər yaxınlaşması

1. PSJ

Yaranma ili: 1970-ci il

Ən böyük uğuru: final, 2019/2020 mövsümü, "Bavariya"ya uduzub

2. "Atletiko" Madrid

Yaranma ili: 1903-cü il

Ən böyük uğuru: 3 dəfə final, 1973/1974, 2013/2014 və 2015/2016 mövsümləri, "Bavariya" və axırıncı 2 dəfə "Real Madrid"ə uduzub

3. "Arsenal"

Yaranma ili: 1886-cı il

Ən böyük uğuru: final, 2005/2006 mövsümü, "Barselona"ya uduzub

4. "Tottenhem"

Yaranma ili: 1882-ci il

Ən böyük uğuru: final, 2018/2019 mövsümü, "Liverpul"a uduzub

5. "Roma"

Yaranma ili: 1927-cü il

Ən böyük uğuru: final, 1983/1984, "Liverpul"a uduzub

6. "Lion"

Yaranma ili: 1950-ci il

Ən böyük uğuru: 2 dəfə yarımfinal, 2009/2010 və 2219/2020 mövsümləri, hər ikisində "Bavariya"ya uduzub

7. "Bayer" Leverkuzen

Yaranma ili: 1904-cü il

Ən böyük uğuru: final, 2001/2002, "Real Madrid"ə uduzub

8. "Valensiya"

Yaranma ili: 1919-cu il

Ən böyük uğuru: ardıcıl 2 il final - 1999/2000 və 2000/2001 mövsümləri, "Real Madrid" və "Bavariya"ya uduzub

9. "Şalke"

Yaranma ili: 1904-cü il

Ən böyük uğuru: yarımfinal, 2010/11 mövsümü, "Mançester Yunayted"ə uduzub

10. "Qalatasaray"

Yaranma ili: 1905-ci il

Ən böyük uğuru: 2 dəfə 1/4 finalda oynayıb, 2000/2001 və 2012/2013 mövsümləri, hər ikisində "Real Madrid"ə uduzub