AFFA Misli Premyer Liqasının XXXI turu üçün hakim təyinatlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu dəfə Azərbaycanın ən güclü hakimlərindən biri, FIFA referisi Əliyar Ağayevə də etimad göstərilib.
O, aprelin 2-də ölkə kubokunun yarmfinal mərhələsinin ilk görşündə "Neftçi" - "Sabah" matçında kobud səhvə yol vermişdi. 37 yaşlı ədalət təmsilçisi 90+1-ci dəqiqədə "Neftçi"nin qapısına penalti təyin etməmişdi. Bu səbəbdən AFFA Hakimlər Komitəsi Ə.Ağayevi Premyer Liqadan 2 turluq uzaqlaşdırmışdı.
"Neftçi" - "Sabah" qarşılaşmasının VAR hakimi Rauf Allahverdiyevin cəzası isə davam edir. O, penalti epizodunda görüşün baş hakiminə VAR-dan işarə verməməkdə günahkar sayılıb. R.Allahverdiyev artıq ardıcıl 3 turdur Premyer Liqaya təyinat almır.
18 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Liv Bona Dea Arena. Saat 19:00
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
19 aprel
“Sabah” – “Səbail”
Bank Respublika Arena. Saat 17:30
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
20 aprel
“Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu. Saat 16:30
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
“Zirə” – “Sumqayıt”
Zirə İK stadionu. Saat 19:00
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev