"Əlbəttə, yarışın evdən çox uzaq keçirilməməsinə görə çox şadam. Azərbaycandakı turnirin ən böyük müsbət cəhəti odur ki, mənim təyyarə ilə əsəb keçirə-keçirə bir neçə reys dəyişib uzun müddətli uçmağıma ehtiyac olmayacaq".
Offsideplus.az xəbər verir ki, bu sözləri Rusiyanın UFC döyüşçüsü İrina Alekseyeva deyib.
34 yaşlı idmançı iyunun 21-də UFC Baku Fight Nightda Polşa təmsilçisi Klaudiya Siqula ilə qüvvəsini sınayacaq. O, qarşıdakı turnirin məsuliyyətindən danışıb: "Bakıda birinci dəfə olacağam. Rusiyalı idmançılar üçün bu şəhərdə döyüşmək əlavə məsuliyyət yaradır. Çünki MDB ölkələrindən olan fanatlar rus döyüşçüləri heç də öz ararkeşlərimizdən az dəstəkləmirlər. Emosional və baxımlı döyüş sərgiləyəcəyəm. Əminəm ki, qələbə qazanacağım təqdrdə, Bakıda fanat dəstəyi yaranacaq. Döyüşü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, İrina Alekseyeva UFC-də keçirdiyi 7 döyüşdən 5-də qələbə qazanıb, 2-də məğlub olub.