Bu gün AFFA-nın inzibati binasında Region Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, püşkatma mərasimində həm 1/8 final, həm 1/4 final, həm də potensial yarımfinal cütləri məlum olub.

1/8 final mərhələsi bir oyundan ibarət olacaq və aprelin 26-27-də keçiriləcək. 1/4 final və yarımfinal mərhələləri isə ev-səfər matçı prinsipi üzrə gerçəkləşəcək.

1/8 finalın cütləri:

“Göyəzən” - “Biləsuvar”

“Record Club” – “Bərdə”

“Xudat City” - “Şirvan”

“Marafon” - “Dirçəliş”

“Çinar Zəngilan” - “Şirvan” OİK

“Xankəndi” - “Topçular”

“Ağstafa Gəncləri” - “Şirvanovka”

“Zəfər 44” - “Naftalan”