“Şəki”nin pəri nağılı davam edir. Uşaqlar hər şeyi haqq edir. Komandamla qürur duyuram".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Şəki" basketbol klubunun baş məşqçisi Levent Bedri Meriç bu gün pley-off mərhələsində "Gəncə" üzərində qələbədən sonra deyib.
Türk çalışdırıcı yarımfinala layiqli olduqlarını bidirib: "Gəncə"ni gözəl oyuna görə təbrik edirəm. Onlarla 7 matç keçirib, 4-də qalib gəldik. Bu matçda texniki cəhətdən zəif oynaya bilərik. Amma heç vaxt qələbədən vaz keçmədik. Biz komandanı bu fəlsəfə ilə qurduq. “Şəki” daha öncə növbəti mövsüm A qrupunda oynamaq hüququ əldə etdi".
Bedri Meriç yarımfinaldakı rəqib “Sabah” barədə də fikirlərini bölüşüb: "Sabah" Çempionlar Liqası üçün qurulmuş heyətə malikdir. Oradan düşdükdən sonra bu mövsüm Avropa Kubokunda oynamış bir komandadır. Səviyyə fərqi eyni olmasa da, yenə mübarizəyə davam edəcəyik. Bəlkə sürpriz edə bilərik. Hamıya zövqlü bir matç izlətdirmək istəyirik. Oyunçularım hörməti haqq edir. Hər şey onların əsəridir”