“Naxçıvan” Azərbaycan Basketbol Liqasının pley-offunda "Abşeron"a məğlub olub və qalib aprelin 24-də müəyyənləşəcək. 

Offsideplus.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Murat Dikmen oyunu şərh edib:

"Məğlub olduğumuz üçün çox məyusuq. Bu günün ən vacib məsələsi hakimlərin performansı idi. Pley-off mərhələsində sərtliyin qədərini düzgün dəyərləndirə bilmədilər. Buna görə də komandamızın müdafiədə aqressiv oyunu bizə foul problemi yaratdı. Həyatımda ilk dəfə görürəm ki, görüşün yekunlaşmağına 2 dəqiqə qalmış 4 foul verildi. Ona görə də rəqibə qarşı təmaslı oynaya bilmədik. Uzunumuzun, hücumçularımızın və oyunqurucumuzun erkən foul problemi yaşaması oyun ritmimizi çox aşağı saldı. Mən normalda hakimlərdəm şikayət edən biri deyiləm amma bu gün matçın sərtlik dərəcəsini idarə edə bilmədik. Buna görə də məğlub olduğumuzu düşünürəm. Ümid edirəm ki, önümüzdəki matçı qazanıb adımızı yarımfinala yazdırarıq".