Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsində 2 oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, günün ilk görüşü Şəkidə oynanılıb.

Yerli eyniadlı komanda üçüncü, həlledici qarşılaşmada "Gəncə"ni sınağa çəkib. Dramatik məcrada keçən oyunda 2 xal fərqi ilə qalib gələn "Şəki" yarımfinala çıxmaqla, tarixi uğura imza atıb.

"Naxçıvan" isə "Abşeron"a məğlub olub və ümumi hesab bərabərləşib: 1:1.

Bundan öncə daha iki komanda - "Sabah" və "Neftçi" yarımfinala yüksəlmişdi.

ABL, pley-off

"Şəki" - "Gəncə" 85:83 (15:19; 26:14; 20:26; 24:24)

Şəki OİK, 14:00

seriyada hesab - 2:1

"Abşeron" - "Naxçıvan" 85:79 (10:21; 20:20; 31:21; 24:17)

BİS, 19:00

seriyada hesab - 1:1