Sabah Monteneqronun paytaxtı Podqoritsada başlanacaq cüdo üzrə Avropa çempionatının püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın idmançılarının həm fərdi, həm də qarışıq komanda yarışlarında ilk rəqibləri məlum olub.
Qitə çempionatında ölkəmizin şərəfini 9 kişi və 6 qadın cüdo qoruyacaq.
Reqlamentə əsasən, sabah kişilərdə 60 kq və 66 kq, qadınlarda isə 48 kq və 52 kq çəki dərəcələrində mübarizə olacaq.
Kişilər
60 kq
Əhməd Yusifov - İshak Aşpiz (İsrail)
Turan Bayramov - Ceyms Zahra (Malta)
66 kq
Ruslan Paşayev - Boyan Yotov (Bolqarıstan)
73 kq
Rəşid Məmmədəliyev - Benjamin Levi (Böyük Britaniya)
81 kq
Zelim Tçkayev - Orelyen Bonferroni (İsveçrə)
Ömər Rəcəbli - Jon Vrenozi (Albaniya) / Eetu İhanamaki (Finlandiya) cütünün qalibi
90 kq
Murad Fətiyev - Aleksandr Sidorik (IJF)
100 kq
Zelim Kotsoyev - Simeon Georgiatis (Yunanıstan) / Aristos Mixael (Kipr) cütünün qalibi
+100 kq
Uşangi Kokauri - Patrik Bronyek (Polşa)
Qadınlar
48 kq
Könül Əliyeva - Paulina Şlaxta (Polşa)
52 kq
Gültac Məmmədəliyeva - Çiara Serra (Almaniya)
57 kq
Fidan Əlizadə - Anastasiya Sokiryanska (Latviya)
70 kq
Südabə Ağayeva - Adelina Novitski (İsrail)
Günel Həsənli - Anna Oleynik-Korniyenko (Ukrayna)
+78 kq
Nigar Süleymanova - Sofio Somxişvili (Gürcüstan)
Qarışıq komanda
1/8 final: Azərbaycan - İtaliya