"Fiorentina" klubunun Nikolo Zanyolonu məcburi transfer etmək ehtimalı qalmayıb.
Offsideplus.az xəbər verir ki, italiyalı futbolçu lazım olan oyun limitinə çata bilməyəcək. O, yayda yenidən müqavilə ilə məxsus olduğu "Qalatasaray"a qayıdacaq.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Zanyolo cari mövsümə "Atalanta"da başlayıb. O, daha sonra yanvarda "Fiorentina"ya keçib.
Onun "Qalatasaray"la sözləşməsi 2027-ci ilin yayına qədərdir.