"Yuventus" baş məşqçisi Luçano Spaletti ilə müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayına qədər olacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Spaletti bu ilin oktyabrından "qoca sinyora"nı çalışdırır. Onun dönəmində Turin təmsilçisi 31 oyunda 17 qələbə qazanmağı bacarıb.
O, bu postda İqor Tüdoru əvəz edib.


