CONMEBOL FİFA prezidenti Canni İnfantinonun növbəti müddətə namizədliyini dəstəklədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, qurumun rəsmi bəyanatında şuranın İnfantinonun liderliyini yekdilliklə müdafiə etdiyi bildirilib.
Qurumun prezidenti Alexandro Dominqes İnfantinonun Cənubi Amerika futbolunun inkişafına verdiyi töhfələri və qlobal vizyonunu yüksək qiymətləndirib. 2016-cı ildən rəhbərlikdə olan isveçrəli funksioner, bu müddət ərzində həm kişi, həm də qadınlar arasında Dünya Çempionatının iştirakçı sayının genişləndirilməsinə nail olub.
Qeyd edək ki, 2019 və 2023-cü illərdə rəqibsiz seçilən İnfantinonun idarəçiliyi bəzi hallarda oyun təqviminin həddindən artıq sıxlığı ilə bağlı tənqidlərə də tuş gəlir. İnfantino hələlik 2027-ci il seçkiləri üçün rəsmi qərarını verməsə də, CONMEBOL ona dəstəyini ifadə edən ilk konfederasiya olub.


