"Kəpəz"in futbolçusu Məqsəd İsayev İstanbulda əməliyyat edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onun çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb.
M. İsayev cari mövsüm 22 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


