Arda Turanın çalışdırdığı "Şaxtyor" Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçında "Alkmaar"ı 3:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Donetsk təmsilçisinin çalışdırıcısı görüşdən sonra bunları söyləyibI
"Bizi məhv edə biləcək tək şey təkəbbürdür. Əgər hər hansı bir yumşalma və ya arxayınlıq olsa, darmadağın olarıq. Çünki AZ çox çətin rəqibdir. Kibrli olmamalı, təvazökarlığımızı qorumalıyıq. Hesab 0:0-mış kimi orada da qələbə üçün oynamalıyıq. Çünki qarşımızda çox yaxşı təşkilatlanmış bir futbol mədəniyyəti var".
Qeyd edək ki, cavab matçı aprelin 16-da Niderlandda oynanılacaq.


