ABŞ Vergi Xidməti (IRS) əfsanəvi boksçu Floyd Meyvezerdən 7,3 milyon dollar tələb edir.
Offsideplus.az xəbər verir ki, müvafiq bildiriş ötən ay boksçunun mülklərinin yerləşdiyi Las-Veqasda qeydə alınıb. Sənədlərdə borcun 26 mart tarixinə qədər ödənilmədiyi bildirilir.
Qeyd edək ki, beş fərqli çəki dərəcəsində dünya çempionu olmuş Meyvezer 2026-cı ildə rinqə qayıtmağı planlaşdırır. O, cari ildə Mayk Taysonla qarşılaşma və Menni Pakyao ilə böyük maraqla gözlənilən revanş döyüşünə çıxmağı hədəfləyir.


