Almaniyanın Frankfurt şəhərində karate üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, qitə birinciliyində bu gün fərdi yarışlarda medal görüşləri baş tutub.
Mədinə Sadıqova (55 kq) qızıl medal qazanaraq, Azərbaycan karate tarixində Avropa çempionu olan ilk qadın idmançı kimi tarixə düşüb.
Digər təmsilçimiz İrina Zaretska (68 kq) isə bürünc medala sahib çıxıb.
Güləy Orucova (61 kq) bürünc medal uğrunda qarşılaşmada məğlub olaraq yarışı medalsız başa vurub.
Qeyd edək ki, Avropa çempionatı mayın 24-dək davam edəcək. Yarışın son günündə Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal uğrunda mübarizə aparacaq.


