Həftəiçi hər gün Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişinin növbəti qonağı jurnalist Teymur Maksutov olub.

UFC-yə həsr edilən "Offside"ın bugünkü buraxılışında azərbaycanlı döyüşçülərin UFC-yə gedən yolu, bu yoldakı maneələr, Rafael Fiziyev və Nazim Sadıxovun 21 iyunda Bakıda keçiriləcək turnirdə iştirakı, Tofiq Musayevin UFC-yə keçməsi ilə əlaqədar iddialar və digər mövzular müzakirə edilib. 

Verilişə saat 21:00-dan etibarən "Offsidecaps" yutub kanalımızda baxa bilərsiniz: