"Barselona"nın 4 futbolçusu - Frenki De Yonq, Jül Kunde, Rafinya və Ronald Arauxo Səudiyyə Ərəbistan klublarının maraq dairəsindədir.
Offsideplus.az xəbər verir ki, "Əl-İttihad" De Yonqun, "Əl-Hilal" Rafinyanın, "Əl-Nəsr" isə Kunde və Arauxonun transferində maraqlıdır.
"Əl-Hilal" əla mövsüm keçirən Rafinyaya hazırda qazandığından 3 dəfə artıq məvacib təklif edib.
Katalon klubu bu keçidlər reallaşsa, "kassa"sını doldura bilər.
Ancaq bu transferlərin həyata keçməyi üçün ilk öncə Səudiyyə Ərəbistan suveren fondu icazə verməlidir. Daha sonra klublar bu transferlər üçün İspaniyaya yollanacaq.



