Türkiyədə qadınlar arasında voleybol çempionatı yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada "Vakıfbank" klubu "Fənərbağça"nı 3:1 (25:16, 25:15, 19-25, 25:19) hesabı ilə məğlub edərək ümumi hesabda rəqibinə 1 matç belə vermədən çempion olub - 3-0.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) Cansu Özbay (Vakıfbank) seçilib.

Bu, "Vakıfbank"ın 14-cü çempionluğu olub.

Əlavə edək ki, son iki ilin qalibi "Fənərbağça" idi. 

Bu iki komanda ilə birlikdə "Eczacıbaşı" da gələn il Türkiyəni Çempionlar Liqasında təmsil edəcək.