Dioqo Kosta "Portu"dan ayrılmaq istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə "Mercato" nəşri məlumat yayıb. Portuqaliyalı ulduz karyerasını İngiltərə Premyer Liqasında, Pep Qvardiolanın rəhbərliyi altında davam etdirmək istəyir. O, "Mançester Siti"yə transfer üçün "yaşıl işıq" göstərib.

25 yaşlı qolkiperin "Portu" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. O, 2019-cu ildən Portuqaliya klubunda forma geyinir.