“Fənərbağça” klubu cənubi koreyalı yarımmüdafiəçi Ço Cin Ho ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm Serbiyanın “Radniçki” klubuna icarəyə göndərilmişdi. Lakin İstanbul təmsilçisi onunla olan müqaviləyə vaxtından əvvəl xitam verib.
Ço Cin Ho “Fənərbağça”ya gələcək vəd edən istedadlı oyunçu kimi transfer olunmuşdu. O, əsasən gənclər komandasında forma geyinib və təcrübə toplaması məqsədilə Serbiyaya göndərilmişdi. Ancaq “Radniçki”də gözlənilən səviyyədə çıxış edə bilmədiyi üçün klub rəhbərliyi onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Qeyd edək ki, “Fənərbağça”nın yay transfer dönəmində bəzi digər gənc oyunçularla da yollarını ayırması gözlənilir.