Bu gecə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində 2 oyun keçirilib.
Offsideplus.az xəbər verir ki, oyunlar İngiltərə və Almaniyada baş tutub. Həm PSJ, həm də "Barselona" səfərdə məğlub olmalarına baxmayaraq ümumi hesaba görə adlarını yarımfinala yazdırıblar.
Qeyd edək ki, PSJ finala gedən yolda "Real Madrid" - "Arsenal", "Barselona" isə "Bavariya" - "İnter" cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
23:00 "Aston Villa" - PSJ 3:2
İlk oyun: 1:3
23:00 "Borussiya" Dortmund - "Barselona" 3:1
İlk oyun: 0:4