Seru Qirassi "Barselona" qapısına mükəmməl het-trik edib.

Offsideplus.az xəbər verir ki, "Borussiya"nın 29 yaşlı futbolçusu Çempionlar Liqasının 1/4 finalının cavab oyununda Kataloniya təmsilçisinin qapısından 3 top keçirib. O, sağ ayaq, sol ayaq və başla qola imza ataraq mükəmməl het-trik edib. 

Xatırladaq ki, oyun 3:1 hesabı ilə dortmundluların qələbəsi ilə yekunlaşsa da, "Barselona" ümumi hesabda (3:5) irəli olduğu üçün mərhələ adlayıb. 

Videonu təqdim edirik: