Çempionlar Liqasında həftənin komandası rəsmən açıqlanıb.
Offsideplus.az xəbər verir ki, UEFA "11-liy"ə "Arsenal", "Aston Villa", PSJ, "Borussiya" və "İnter"dən 2 futbolçu, "Bavariya"dan isə 1 oyunçu daxil edib. Mərhələ adlayan klublardan olan "Barselona"nın heç bir futbolçusu həftənin ən yaxşıları sırasına düşə bilməyib.
"11-lik" aşağıdakı kimidir:
Donnarumma, Nuno Mendes, Kivior, Konsa, Pavard, Makcin, Rays, Qross, Olise, Qirassi, Lautaro.