UEFA 2025-26 mövsümündən etibarən Çempionlar Liqasında dəyişikliklər etməyi düşünür.
Offsideplus.az BILD nəşrinə istinadən xəbər verir ki, Avropa futbol qurumu qitənin ən prestijli futbol turnirinə aşağıdakı qaydaları tətbiq etmək istəyir:
— Oyuna əlavə vaxt təyin edilməyəcək və qalib birbaşa penaltilər seriyasında müəyyənləşəcək;
— Liqa mərhələsində ilk "8-lik"də qərarlaşan komandalar 1/4 final və yarımfinalda cavab matçını evdə keçirəcəklər;
— Eyni ölkədən olan komandalar 1/4 finala qədər bir-biri ilə üz-üzə gəlməyəcək.



