Çempionlar Liqasındakı "Zenit"lə oyun Paulo Dibala üçün əlamətdar gün olub.

Offsideplus.az xəbər verir ki, matçda dubl edən 27 yaşlı argentinalı futbolçu bununlada "qoca sinyora" ilə qollarının sayını 106-ya çatdırıb. "Yuventus"un sabiq hücumçusu Mişel Platininin aktivində isə 104 top var.

Qeyd edək ki, Dibala 2015-ci ildən Turin klubunun şərəfini qoruyur.