Çərşənbə günü keçirilən "Krasnodar" - "Çelsi" qarşılaşmasından öncə maraqlı hadisə baş verib.
Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən oyundan əvvəl "Çelsi"li futbolçular bir dizi üstə oturmaq qərarına gəliblər. Sonradan hakimlər də onlara qoşulub. İngilislərlə ədalət təmsilçilərinin addımını görən krasnodarlı futbolçulardan cəmi 4 nəfəri dizini yerə qoyub. Onu da məsələnin məğzini bilmədən ediblər.
Offsideplus.az Daily Mail-ə istinadən xəbər verir ki, "Çelsi"nin futbolçuları bu ilin mayında ABŞ-da öldürülən aftoamerikan Corc Floydun ölümünə dəstək olaraq dizlərini yerə qoyublar. Məqsəd qaradərililərə qarşı şiddətə son qoyulmağın və bunun qarşısının alınmasının vacibliyini dünyaya çatdırmaq olub. Lakin "Krasnodar"ın üzvləri aksiyasının bir müddət əvvəl Fransada gənc tərəfindən başı kəsilən Samuel Patiyə görə müsəlmanların başqa dinlərin nümayəndələrinə qarşı təcavüzünün qarşısının alınmasına hesablandığını düşünüblər. Ona görə də cəmi 4 nəfər dizini yerə qoyub.
Krasnodarlıların etiraz aksiyasına qoşulmaması aləmi bir-birinə qatıb. İngilis fanatlar rusları qaradərililərə dəstək verməməkdə qınayıb, onları rasist adlandırır. Rusiyalı futbol mütəxəssislərinin bəziləri bəzi "Krasnodar"lıları bu çağırışa əməl etdiyinə görə qınayır. UEFA-dan verilən açıqlamada isə oyundan əvvəl "Rasizmə son" şüarı üçün futbolçu, məşqçi və hakimlərin dizlərinin yerə qoymasına icazə verildiyi deyilir.