"Bavariya"nın futbolçusu Kinqsli Koman üçün Premyer Liqa klubları - "Arsenal" və "Liverpul" mübarizəyə girib.

Offsideplus.az xəbər verir ki, hər iki klub bu yay fransalı futbolçunu transfer etməyə çalışacaq.

Bu barədə Almaniya məlumat yayıb.

Koman 2015-ci ildən "Bavariya"da çıxış edir. Onun cari mövsümün sonunda Münhen klubunu tərk edəcəyi gözlənilir.