İyunun 21-də keçiriləcək UFC Baku Fight Night yarışında 12 döyüşdən 7-si rəsmən açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, paytaxtımıza 4 qadın idmançının gələcəyi dəqiqləşib.

“Baku Fight Night”da baş tutacaq döyüşlər:

Əsas kart:

Yarımağır çəki: Camal Hill - Xalil Rauntri Junior

Ən yüngül çəki: Taqir Ulanbekov - Kiodji Horiquçi

Ağır çəki: Kurtis Blaydes - Rizvan Kuniyev

İlkin kart:

Orta çəki: İsmayıl Naurdiyev - Park Jonq Yun

Ağır çəki: Hamdi Abdelvahab - Muhammed Usman

Qadınlar

Ən yüngül çəki: İrina Alekseyeva - Klaudiya Siqula

Ən yüngül çəki: Darya Jeleznyakova - Melissa Mullins

XANIMLARI YAXINDAN TANIYAQ 

Bakı tunirində qadın döyüşçülərin çıxışı böyük maraq doğurur. Gəlin, onları bir az yaxından tanıyaq.

İrina Alekseyeva (5-2, Rusiya) - “Rus Ronda” ləqəbli döyüşçü, güclü güləş bacarıqları ilə tanınır.

Klaudiya Siqula (6-2, Polşa) - texniki bacarıqları və çevikliyi ilə seçilir.

Darya Jeleznyakova (9-2, Fransa/Rusiya) - Parisdə təlim keçən, güclü zərbələri ilə tanınır.

Melissa Mullins (7-1, İngiltərə) - sürətli və taktiki döyüş tərzi ilə rəqiblərinə çətin anlar yaşadır.

AZƏRBAYCANLI DÖYÜŞÇÜLƏR OKTAQONA ÇIXACAQLAR?

Gözlənilir ki, azərbaycanlı UFC döyüşçüləri Rafael Fiziyev və Nazim Sadıxov da Bakıda öz güclərini nümayiş etdirəcəklər. Lakin hələlik onların rəqiblərinin adları açıqlanmayıb.

Qeyd edək ki, biletlər 25 aprel saat 10:00-da iTicket.az vasitəsilə satışa çıxarılacaq. UFC Fight Club üzvləri üçün erkən satış 23 aprel, qeydiyyatdan keçmiş azarkeşlər üçün isə 24 aprel tarixində başlayacaq.

Yarış "Baku Crystal Hall" gerçəkləşəcək.