“Sumqayıt”ın maraqlı komandadır. Üç amerikalı basketbolçusunun üçü də 3 xal atışlarında çox yaxşıdır. Bunu bacarırlar və sistemsiz edirlər. İstədiyiniz formada müdafiə olunarkən belə “üçlük”də dəqiq oynayırlar".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sərhədçi" basketbol klubunun baş məşqçisi Evren Alkaya deyib.
O, Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyununda "Sumqayıt"a məğlubiyyətdən (97:100) sonra klubun mətbuat xidmətinə açıqlama verib. İlk görüşdə 123:97 hesabı ilə qalib gələn Bakı təmsilçisi ikinci qarşılaşmada da qələbə qazanıb, pley-offa yüksəlmək niyyətində idi. Ancaq "Sumqayıt" ümumi seriyada hesabı bərabərləşdirməyə nail olub.
Türk çalışdırıcı məğlubiyyətin səbəbini belə izah edib: "Biz müdafiədə çox səhvlər etdik. Ribaundları onlara verdik. Ötən oyundakı rahat qalibiyyət bu məğlubiyyətin səbəbi oldu. Pis oynamadıq, 97 xal topladıq. Bu ciddi rəqəmdir. Amma müdafiədə daha diqqətli olmalıyıq. Çox az “üçlük” atdıq. Səhvlərimiz bizə baha başa gəldi. Oyunçularla matçdan sonra bunu danışdıq".
E.Alkaya sabah 3-cü, həlledici oyunda qalib gələrək, növbəti mərhələyə yüksəlməyə köklənib: "Rəqib fərqli komandadır. Heç bir sistem yoxdur, sadəcə xal atırlar. Boşluqlar tapıb “üçlük”lər atırlar. Əlimizdən gələni edib pley-offa çıxmaq istəyirik. Səhvlərimizi anlayıb, onları aradan qaldıracağıq”.