Fransa yığmasının sabiq futbolçusu Pol Poqba Mayamidə fərdi məşqlərini davam etdirir.
Offsideplus.az xəbər verir ki, fransalı yeni klubla müqavilə imzalayaraq növbəti mövsümdə güclü dönüş etmək istəyir.
O, Bundesliqa, La Liqa və Liqa 1 klublarından təklif gözləyir. MLS və Səudiyyə Ərəbistan variantları da nəzərdən keçirilir.
Əlavə edək ki, Poqbanın dopinq cəzası ötən ay başa çatıb. "Yuventus"dan ayrılan 32 yaşlı futbolçu istədiyi klubla müqavilə imzalaya bilər.